“Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən biri – Şahin Vəliyevin cəsədinin tapılması ilə bağlı yayılan məlumat yanlışdır”.
Bu barədə KONKRET.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva məlumat verib.
O bildirib ki, tələbə ilə bağlı sosial şəbəkələrdə yayılan informasiya əsassızdır.
21:22
Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən biri – Şahin Vəliyevin cəsədinin dağıntılar altından çıxarıldığı deyilir.
KONKRET.az xəbər verir ki, bu barədə azərbaycanlı tələbənin müəllimi sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində daha 3 azərbaycanlı tələbə – Samir Quliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.

KONKRET.az
