“Dağıstana gəlməyin” – Eldar Osmanovdan Azərbaycan vətəndaşlarına MÜRACİƏTbackend

"Dağıstana gəlməyin" - Eldar Osmanovdan Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Dağıstan vətəninə qayıtmaq istəyən çox sayda Azərbaycan Respublikası vətəndaşını qəbul etməyə və yerləşdirməyə hazır deyil.

“RİA Derbent” agentliyi xəbər verir ki, bunu Mahaçqala Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədr müavini Eldar Osmanov həmvətənlərinə müraciətində deyib.

Onlardan sakit olmalarını, hazırkı vəziyyətdə ehtiram və sağlam düşüncə nümayiş etdirmələrini və Rusiya-Azərbaycan sərhədini keçməklə bağlı məhdudiyyətlər aradan qaldırmadan Dağıstana gəlməmələrini xahiş edib:

“Diqqətinizə çatdırmaq istəyirəm ki, Dağıstan çox sayda Azərbaycan vətəndaşını qəbul etməyə və yerləşdirməyə hazır deyil”.

O, artıq Dağıstan ərazisində olanlardan sanitariya və ictimai təhlükəsizlik tədbirlərinə, habelə gigiyenaya riayət etmələrini istəyib.

Xatırladaq ki, iyunun 15-də Kullar postunun yaxınlığında Azərbaycan Respublikası vətəndaşları ilə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*