“Dağlıq Qarabağı dövlət kimi tanımaq istəyənlər yalnız komediya aktyoru ola bilər” – Mustafa Şentopbackend

"Dağlıq Qarabağı dövlət kimi tanımaq istəyənlər yalnız komediya aktyoru ola bilər" - Mustafa Şentop

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Fransa parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərarının təsdiqlənməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Şentopun sözlərinə görə, bir dövlət və ya bir qurum tarixi və hüquqi həqiqətlərdən uzaqlaşaraq, yalnız əsassız hisslərlə qərarlar verərsə, oyundan kənarda qalacaq və verdiyi söz və qərar ciddi qəbul edilməyəcək:

“Dövlət kimi var olmaq bu qədər asandırsa, dövlətçiliyin ləğvi də belə asan olmalıdır. Fransa Milli Məclisi parlament olaraq ciddi həmsöhbət olmaq keyfiyyətini itirdi”.

Şentop qeyd edib ki, insanın haqqı ilə həqiqətin fərqində olması arasında bir əlaqə var və o, həqiqətin fərqinə varmağı azaldırsa, hüquqi cəhətdən də haqqını itirir:

“Siyasətçilərin sözləri və qərarları ilə gerçəklik arasındakı əlaqə də belədir. Həqiqətdən qopmaq siyasi səriştəni şübhə altına alır. Fransanın beynəlxalq aləmdə çox səs-küy yaratmasına baxmayaraq, artan hərəkətsizliyi, əlaqəsiz münasibətini qoruduğundan irəli gəlir.

Ermənistan da daxil olmaqla, dünyada heç bir dövlət tərəfindən tanınmayan, tanınma iddiası Ermənistan tərəfindən dilə belə gətirilməyən Dağlıq Qarabağın dövlət kimi tanınmasına qərar verən bir parlament yalnız Fransa nağıllarında ola bilər.

Beynəlxalq hüquqa görə, Fransa Hökuməti də Azərbaycana aid olduqlarını qəbul etdiyi torpaqları müstəqil dövlət kimi tanımaq qərarına gələn millət vəkilləri yalnız komediya aktyoru rolunu oynaya bilərlər.

Şentop Fransa hökumətini ciddi olmağa dəvət edib və fransız xalqının sağlam düşüncəsinə inandığını deyib:

“İnanırıq ki, bu absurd qərarı qəbul etməyəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*