İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi növbəti hərrac vasitəsilə 3 faydalı qazıntı yatağını istifadəyə verib.
Bu barədə KONKRET.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərracda Qobustan rayonunda yerləşən “Nabur” vulkan külü yatağının 1,1 hektar sahəsi, Qaradağ rayonunun “Gülbaxt” əhəngdaşı yatağının 12 hektar sahəsi və Qəbələdə yerləşən “Xırxatala” qum-çınqıl yatağının 2 hektar sahəsi istifadəyə verilib.
Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3aSTyZI)