Daha 400 Azərbaycan vətəndaşı Rusiyadan Vətənə qayıtdıbackend

Daha 400 Azərbaycan vətəndaşı Rusiyadan Vətənə qayıtdı

Bu gün daha 400 Azərbaycan vətəndaşının Rusiyanın Dağıstan Respublikasından Azərbaycana təxliyəsi həyata keçirilib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıdışı təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*