Daha bir avtobus kart sisteminə keçirbackend

Daha bir avtobus kart sisteminə keçir

Sabahdan etibarən Bus Trans MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. – “Elmlər Akademiyası” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə KONKRET.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*