Daha bir ölkədə COVID-19-un yeni variantı AŞKARLANDIbackend

Daha bir ölkədə COVID-19-un yeni variantı AŞKARLANDI

Covid-19-un yeni variantı “BA.2.86” bu dəfə İsraildə aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat İsrail İctimai Yayım Təşkilatı (KAN) Tel-Əviv Sourasky Tibb Mərkəzi səlahiyyətlilərinin mövzu ilə bağlı açıqlamasına yer verib.

Xəbərdə İsraildə aşkar edilən yeni variantın ABŞ, İngiltərə və Danimarkadan sonra dünyada aşkarlanan 4-cü hal olduğu bildirilib. Xəbərdə, yeni variantın daşıdığı çox sayda mutasiya ilə vaksinləri təsirsiz hala gətirə biləcəyi və bununla da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat etdiyi qeyd edilib. Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də verdiyi açıqlamada BA.2.86 olaraq elan edilən variantın statusunu daşıdığı çox sayda mutasiyaya görə “müşahidə altında olan variant” olaraq yeniləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*