Yaponiyanın şimal hissəsində güclü zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
5.8 maqnitudalı yeraltı təkanların episentri Sakit okeanda, Aomori prefekturasından şərqdə, ocağı 80 kilometr dərinlikdə qeydə alınıb.
İtki və dağıntı barədə hələ ki məlumat verilməyib.
Sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, iyulun 28-də Yaponiyanın Küsü adasında yerləşən Kumamoto prefekturası yaxınlığında baş veren 7.1 maqnitudalı zəlzələ nəticəsində 34 nəfər həyatını itirib.
Günay Əli
KONKRET.az
