Daha iki ölkə Lukaşenkonun qələbəsini tanımadı – Yenidən seçkilər keçiriləməsinə səslədilərbackend

Daha iki ölkə Lukaşenkonun qələbəsini tanımadı - Yenidən seçkilər keçiriləməsinə səslədilər

Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.

KONKRET.az xəbər verir ki, bu barədə iki ölkənin XİN başçılarının bəyanatlarında deyilir.

Kanadanın XİN başçısı Fransua-Filipp Şampan seçkilərin nəticəsini saxta olduğunu bildirib, azad və ədalətli səsvermənin keçirilməsinə çağırıb.

Şampan ATƏT-dən Belarusdakı seçkiləri araşdırmağı istəyib.

Nazir bəyanatında nümayişçilərə qarşı tətbiq edilən “sərt tədbirləri” pisləyib.

İrlandiyanın XİN rəhbəri Saymon Kovenin Belarusdakı seçkilərin nəticələri legitim olmadığını bildirib:

“Seçkiqabağı və sonrası hədə-qorxular və saxlanılmalar və iqtidarın bütün dünyada baş verən irimiqyaslı dinc etirazlara reaksiyası bunu sübuta yetirir”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*