Dani Bolt “Qarabağ”dan getdibackend

Dani Bolt “Qarabağ”dan getdi

“Qarabağ” braziliyalı müdafiəçi Dani Boltla yollarını ayırıb.

KONKRET.az xəbər verir ki, Ağdam klubu futbolçu ilə müqaviləyə xitam verildiyini açıqlayıb.

2025-ci ilin yayında “Qarabağ”ın heyətinə qoşulan müdafiəçi Ağdam təmsilçisinin formasında 43 matça çıxıb. O, bu görüşlərdə 1 qola imza atıb.

Klub braziliyalı futbolçuya göstərdiyi peşəkarlığa və komandanın əldə etdiyi nəticələrə verdiyi töhfəyə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*