Daşkəsəndə silsilə oğurluqlarda şübhəli bilinən şəxslər saxlanıldılarbackend

Daşkəsəndə silsilə oğurluqlarda şübhəli bilinən şəxslər saxlanıldılar

Daşkəsən rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər tutulublar.

KONKRET.az report-a istinadən xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən R.Hacıyev, E.Səmədov, Ə.Süleymanov və N.Verdiyev saxlanılıb.

Araşdırmalarla onların müxtəlif vaxtlarda Daşkəsən rayonunda 5 mənzildən məişət əşyaları oğurladıqları məlum olub.

Bundan başqa, digər tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Musayev də saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*