DÇ-də qol vuran ölkə prezidentinin oğlu – Tarixə düşdübackend

DÇ-də qol vuran ölkə prezidentinin oğlu - Tarixə düşdü

ABŞ millisinin futbolçusu Timoti Vea dünya çempionatında qol vurmaqla tarixə düşüb.

KONKRET.az xəbər verir ki, o, bir ölkə prezidentinin oğlu olaraq mundiallarda fərqlənməklə adını tarixə yazdırıb.

Belə ki, əslən Liberiyadan olan Timoti Vea bu ölkənin prezidenti Corc Veanın oğludur.

Onun atası da məşhur oyunçu olub. Corc Vea “Monako”, PSJ, “Çelsi”, “Mançester Siti” kimi klublarda çıxış edib. Lakin Corc Vea Liberiya millisində oynadığından heç zaman mundiallarda meydana çıxmayıb. Oğlu Timoti isə ABŞ millisini seçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*