DƏHŞƏT: İŞİD silahlıları 30 nəfəri qətlə yetirdibackend

DƏHŞƏT: İŞİD silahlıları 30 nəfəri qətlə yetirdi

İŞİD yaraqlıları Malinin Burkina-Faso və Nigerlə həmsərhəd olan şəhərinə hücum edərək, 30-a yaxın dinc sakini öldürüblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.

Qeyd edilir ki, Talatae şəhəri yaxınlığındakı Qao rayonunda bir neçə yüz yaraqlı əsgərlərə hücum edib və onları geri çəkilməyə məcbur edib.

Yaraqlılar yerli sakinlərə hücum etməklə yanaşı, dükanları qarət edib və ərzaq ləvazimatlarını yandırıblar. Məlumara görə, atışma zamanı terrorçulardan 3-ü məhv eüdilib.

Əraziyə xüsusi hərbi qüvvələr cəlb edilib. Onlar şəhərdə həyata keçirilmiş qətliamı, eləcə də iki gün yeməksiz dolaşan yüzlərlə qadın və uşağı aşkarlayıblar./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*