Dəhşətli qəzada ölən qadının kimliyi müəyyənləşdi – VİDEObackend

Dəhşətli qəzada ölən qadının kimliyi müəyyənləşdi - VİDEO

Dünən saat 11 radələrində Xətai rayonu, 8 Noyabr prospektində yolu keçərkən “KİA” markalı avtomobillə vurulan, nəticədə həyatını itirən qadının şəxsiyyəti müəyyənləşib.

KONKRET.az xəbər verir ki, həmin qadının paytaxt sakini, 1952-ci il təvəllüdlü Əliyeva Lyüdmila Aleksandrovna olması məlum olub.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb.

Qeyd edək ki, dünən DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb. Görüntülərdə Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*