Dənizə girən 36 yaşlı kişidən xəbər yoxdur – Axtarışlar başladıbackend

Dənizə girən 36 yaşlı kişidən xəbər yoxdur – Axtarışlar başladı

Astara rayonunda dənizdə nəzarətsiz ərazidə 36 yaşlı kişinin batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 1 kilometr aralıda baş verib.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunublar.

Hazırda 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*