Deputat olmaq istəyən 689 nəfər qeydə alındıbackend

Deputat olmaq istəyən 689 nəfər qeydə alındı

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 namizəd müraciət edib.

KONKRET.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2305 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 2193 nəfəri imza vərəqələrin artıq götürüb. 1255 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 689 nəfər qeydə alınıb.

MSK sədri qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 227 nəfəri 20 siyasi partiyanın siyahısında olan şəxslərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*