Deputatdan Milli Məclisdəki yer davası ilə bağlı AÇIQLAMAbackend

Deputatdan Milli Məclisdəki yer davası ilə bağlı AÇIQLAMA

“Mənə Milli Məclisin sədri tərəfindən hər hansı bir iradın, xəbərdarlığın edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir”.

KONKRET.az xəbər verir ki, bunu BakuPost-a açıqlamasında deputat Ramil Həsən deyib.

O bildirib ki, koronovirusa görə deputatların yerdəyişməsi heç kim tərəfindən narazılıqla qarşılana bilməz:

“Koronovirusla bağlı görülən bütün işlər cənab Prezidentin tövsiyəsi ilə həyata keçirilir. Milli Məclisdə təhlükəsizliklə bağlı yerlərin dəyişdirilməsi, deputların bir-birilə məsafədə əyləşməsi də bu tövsiyələrə görədir. Buna görə də mənim bu məsələlərdə hər hansı bir iradımla bağlı yayılan məlumatlar cəfəngiyyatdan başqa bir şey deyil. Bəli, mənim yerim dəyişdirilib və mən həmin yerdən çıxış da etmişəm. Əgər bu yerdəyişməyə etirazım olsaydı, bunu öz çıxışımda ifadə edərdim. Mən rəsmi şəkildə bəyan edirəm ki, belə bir şey olmayıb, bununla bağlı heç bir status yazmamışam”.

Deputat əlavə edib ki, Milli Məclisin Nizamnaməsinə uyğun olaraq, sədrin göstərişləri deputatlar tərəfindən birmənalı olaraq icra edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*