Deputatın da içində olduğu maşın aşdı – qazi öldübackend

Deputatın da içində olduğu maşın aşdı - qazi öldü

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynalıyev həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

Məlumata görə, qəzaya düşən hər üç şəxs Vətən müharibəsinin iştirakçısı və müharibə veteranı olub.

Qeyd edək ki, xəsarət alan Təbriz Eyvaz oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 saylı Qarabağlar seçki dairəsinin deputatıdır.

O, 1990-cı ildə Kəngərli (keçmiş Şərur) rayonunun Qarabağlar kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, xəstəliyi ilə əlaqədar ordu sıralarından mayor rütbəsi ilə ehtiyata buraxılmış qazidir.

2022-ci ildən dövlət qulluğu sahəsində çalışıb. Xidməti dövründə Silahlı Qüvvələrin yaranmasının “95 illik” və “100 illik” medalları, “Qüsursuz xidmətlərə görə III dərəcəli” medal, “Vətən müharibəsi iştirakçısı” medalı, “İgidliyinə görə” medalı, “Xocavəndin azad olunmasına” və “Şuşanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilib. Ali Məclisin Hüquq siyasəti komitəsinin üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*