Deputatların maaşı ARTIR: “Qara camaatı düşünən yoxdur” — VİDEObackend

Deputatların maaşı ARTIR: “Qara camaatı düşünən yoxdur” - VİDEO

“Millət vəkilləri sadəcə özlərini düşünür, qara camaatı düşünən yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Baku TV-nin sorğusuna əsasən paytaxt sakini bildirib.

Belə ki, sorğuda deputatın statusu haqqında qanuna təklif edilən dəyişikliyə görə Milli Məclis üzvlərinin maaşının artırılması məsələsi haqda sakinlərin fikirləri öyrənilib.

Təklif olunur ki, Milli Məclis sədrinin aylıq məvacibi 2475 manatdan 3550 manata, birinci müavinin maaşı 2227 manatdan 3195 manata, müavinin maaşı 2103 maaşdan 3017 manata, komitə və komissiya sədrlərinin maaşı 1980 manatdan 2840 manata, onların müavinlərinin maaşı 1856 manatdan 2662 manata, deputatların aylıq məvacibləri isə 1732 manatdan 2485 manata çatdırılsın.

Qeyd edək ki, qanunverici orqanın üzvləri hər ay maaşlarının bir misli qədər əlavə vəsait alırlar.

Daha ətraflı videomaterialda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*