Zelenski: Ukrayna Donbasdan imtina etməyəcəkbackend

Zelenski: Ukrayna Donbasdan imtina etməyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Donbasdan Rusiyanın xeyrinə imtina etmək niyyətində olmadığını bəyan edib, lakin Birləşmiş Ştatların bu məsələdə mövqeyinin nə olacağını bilmədiyini ifadə edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə Danimarkaya səfəri çərçivəsində “DR Nyheder”ə verdiyi müsahibədə bildirib.

“Xeyr, mən Donbasdan geri çəkilməyəcəyəm, çünki bilirəm ki, bir müddət sonra onlar (Rusiya – red.) daha da irəli gedəcək və bizi işğal edəcəklər. Ona görə də bu, bizim üçün böyük riskdir”, – Zelenski deyib.

Ukrayna lideri eyni zamanda Vaşinqtonun bundan sonrakı mövqeyinin nə olacağını və Avropa ölkələrinin bu məsələdə birliyini qoruyub-qorumayacağını bilmədiyinə təəssüfünü ifadə edib.

“Birləşmiş Ştatların hansı mövqe tutacağını və kimin tərəfində olacağını bilmirəm. Avropalıların vahid cəbhə ilə çıxış edə biləcəyini, yoxsa Fransada yazda keçiriləcək seçkilərdən sonra bölünəcəyini, gələcəkdə Almaniyada və digər ölkələrdə hansı dəyişikliklərin baş verə biləcəyini bilmirəm. Ona görə də, açığını deyim, heç nəyi dəqiq deyə bilmərəm”, – Ukrayna Prezidenti bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*