Deputatlığa namizəd seçki məntəqəsində öldü –  FOTObackend

Deputatlığa namizəd seçki məntəqəsində öldü - FOTO

Rusiyanın Volqoqrad şəhərində Kommunist Partiyasından bölgə Dumasına deputatlığa namizəd və eyni zamanda Mixail Taransovun təşviqat qərargahının rəhbəri dünyasını dəyişib. Konkret.az yerli mediaya istinadla xəbər verir ki, Vadim səhər saatlarında seçki məntəqələrinin ətrafında gəzərək seçki prosesini izləyirmiş. Volqoqradın Krasnooktyabrsk rayonundakı məntəqə seçki komissiyalarından birinin ərazisində olarkən 49 yaşlı polkovnik ürəyindən keçinib. Təcili yardım çağırılsa da, kommunist Çistyakovu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vadim Çistyakov Volqoqradın Krasnooktyabrsk rayonunda Kommunist Partiyasının Stalinqrad Regional Komitəsi tərəfindən partiya siyahıları üzrə deputatlığa namizəd kimi irəli sürülmüşdü. 30 sentyabrda onun 50 yaşı tamam olacaqdı.

Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*