Keçmiş ingilis futbolçu Devid Bekhamın yeni fotosu tənqidlərə məruz qalıb.
KONKRET.az xəbər verir ki, Norveçə gedən idmançı Laerdal bölgəsində balıq ovlayıb.
Bu barədə “The Times” məlumat yayıb.
Qeyd edilib ki, sözügedən bölgə kral və kraliça tərəfindən tez-tez ziyarət edildiyindən “Somon göllərinin kraliçası” adlanır.
Burada nəsli kəsilməkdə olan balıqların qounması məqsədilə Balıq ovu qadağan edilib. Buna baxmayaraq Bekham oradan balıq tutaraq şəkilini sosial şəbəkə hesabında yayımlayıb. Sözügedən foto dünya mətbuatında gündəm olub. Onun qadağan olunmuş ərazidə balıq ovlaması ekolqları ayağa qaldırıb.
Baku.ws