Trampı belə “susdurdular” – Fotobackend

Trampı belə “susdurdular” - Foto

Nüfuzlu “Time” jurnalı ABŞ Prezidenti Donald Trampın ağzının “Mən səs verdim” yazılmış stikerlə bağlandığı yeni üz qabığını təqdim edib.

KONKRET.az xəbər verir ki, nəşr fotonu “Facebook” sosial şəbəkəsində paylaşıb.

Üz qabığı ABŞ Konqresinə keçirilən aralıq seçkilərə həsr olunub. Jurnalın paylaşımında bildirilib ki, bu seçkilərdən sonra demokratlar Trampın Vaşinqtona qayıdışından bəri ilk dəfə qanunvericilik gündəmini müəyyənləşdirmək, administrasiya rəsmilərini ifadə verməyə məcbur etmək, korrupsiya iddialarını araşdırmaq və respublikaçıları çətin qərarlar qarşısında qoymaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluğu qazanıb.

“Associated Press”in məlumatına görə, Senatda demokratlar 53, respublikaçılar isə 42 yer əldə ediblər. Nümayəndələr Palatasında isə demokratlar 221, respublikaçılar 129 mandat qazanıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*