“Qalatasaray”ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydubackend

"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu

“Qalatasaray”ın 21 yaşlı ulduzu Aleksey Batrakov Çempionlar Liqasında əlamətdar bir statistikaya imza atıb. Cəmi dörd oyunda ilk dörd qolunu vuran rusiyalı futbolçu Lionel Messidən (13 oyun) və Kriştiano Ronaldodan (30 oyun) daha sürətli start götürüb.

KONKRET.az-ın xəbərinə görə, Batrakov UEFA Çempionlar Liqasının dördüncü həftəsində “Qalatasaray”ın “Ştutqart” üzərində 2:0 hesablı qələbəsinin ulduzu olub. Almaniya komandasına qarşı iki qol vuran 21 yaşlı rusiyalı futbolçu Çempionlar Liqasında ümumi qol sayını dördə çatdıraraq, Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edilən statistikası ilə diqqət çəkib.

Çempionlar Liqasında karyerasında ilk 4 qolunu cəmi 4 oyunda vuran Batrakov, dünya futbolunun iki əfsanəsindən daha sürətli başlanğıc edib. Lionel Messi 13 oyunda eyni sayda qola, Kriştiano Ronaldo isə 30 oyunda çatıb.

– Aleksey Batrakov: 4 oyun

– Lionel Messi: 13 oyun

– Kriştiano Ronaldo: 30 oyun

Bu müqayisə ilə Batrakov Çempionlar Liqasında karyerasının əvvəlində qol məhsuldarlığı baxımından iki ulduzu geridə qoyub.

Bu qarşılaşma ilə Batrakov Çempionlar Liqası karyerasının əvvəlində qol məhsuldarlığı baxımından iki ulduzu geridə qoyub.

“Ştutqart”a qarşı 12-ci və 15-ci dəqiqələrdə qol vuran Batrakov, “Qalatasaray” tarixində Çempionlar Liqası oyununda iki qol vuran ən gənc oyunçu olub. Rusiyalı ulduz həmçinin sarı-qırmızılar tarixində oyunun ilk 15 dəqiqəsində iki qol vuran ilk oyunçu kimi tarixə düşüb.

“Barselona” və “Lill” oyunlarında da qol vuran Batrakov beləliklə, “Qalatasaray” üçün ardıcıl üç Çempionlar Liqası matçında qol vuran ilk yarımmüdafiəçi olub.

Bu mövsüm Çempionlar Liqasında 4 oyunda 4 qol vuran Batrakov hər oyunda orta hesabla 1 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*