Dezinformasiyalar cəmiyyəti iki yerə parçalaya bilər – Rəşad Dağlı ilə bağlı İDDİALARbackend

Dezinformasiyalar cəmiyyəti iki yerə parçalaya bilər - Rəşad Dağlı ilə bağlı İDDİALAR

“Bir neçə gün əvvəl DTX-nın yaydığı videoda əlində RPQ silahı Suriyada təlim keçən bir nəfərin də şəkli vardı. Yəqin ki, çoxunuz tanıdınız?!

Bizim ölkədə gündəmi hadisənin aktuallığı yox, şaiyə yükü müəyyən edir”.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Əli Məhərrəmli Facebook hesabında maraqlı mövqe bildirib.

“Məsələn Vaşinqtonda xarici işlər nazirlərinin görüşü ölkə toplumunu daha az maraqlandırır, nəinki məlum cinayət hadisəsi. Səmimi deyim ki, cinayəti törədən şəxsin adını dünənə kimi eşitməmişdim.

Ancaq bu hadisə Azərbaycan cəmiyyətini iki yerə böləcək qədər rezonans yaratdı. Meyxana sevənlər-sevməyənlər. Qətli törədən şəxsə haqq qazandıranlar və qınayanlar.

İnsanları hansı musiqini sevib-sevməməyə, hansısa ulduza pərəstiş etdiyinə görə qınamaq kökündən yanlışdır. Hətta ən qatı cinayətkarların belə öz fanatları olur.

Yazımızın əvvəlində bəhs edilən videoya baxandan sonra yəqin ki, “Gəncə hadisələrində” Elmar Vəliyevə sui-qəsd etmiş Yunis Səfərovun vaxtilə İran xüsusi xidmət orqanlarına işlədiyi, Azərbaycanın konstitusion quruluşuna qarşı qəsd planının iştirakçısı olduğu heç kimdə şübhə doğurmur. Sadəcə o zaman İranla münasibətlər “yaxşı” olduğu üçün bu məlumatlarda İranın adı hallandırılmadı. Və bu boşluqdan istifadə edən fars-molla rejimi Səfərovdan “xilaskar”, “qəhrəman” “mücahid” obrazı yaradıb, onun guya zülmə qarşı savaşdığına bizim cəmiyyəti inandıra bildilər. Ancaq əslində məqsəd və niyyət başqa imiş.

Ötən gün baş verən hadisə də eyniylə maraqlı “böhran informasiyası” elementləri ilə zəngindir. Dərhal hansısa qrup narkotik əleyhinə bir misra, sonra qətli törədənin radikal islamçılara qarşı mövqeyi, həmçinin mərhumun neqativ kriminal keçmişi barədə məlumatlar arasında kombinasiya yaradaraq hadisəyə böyük çoxluğun müsbət emosiyalarını cəmləyə bildilər. Düzünə qalsa, bir narkotacirin (dəfələrlə buna görə məhkum olunub) ölümü məni o qədər də narahat eləmir, amma qəsdən adam öldürmə cinayətinə haqq qazandırmaq olmaz.

Narahatlıq doğuran başqa şeydir. Baxın əzizlərim, informasiya nüvə silahı qədər dağıdıcı gücə malikdir, təhlükəlidir. Onunla ehtiyatlı olmaq lazımdır. Sıradan, bəlkə də məişət motivi olan bir cinayət hadisəsi sosial şəbəkələrdə minlərlə insan arasında fikir ayrılığına, mübahisəyə, təhqirlərə səbəb oldu. Bəzən aylarla istintaq gedir, amma hadisənin əsl mahiyyəti ortaya çıxmır. Sonda məlum olur ki, məyərsə heç də hər şey biz bildiyimiz kimi deyilmiş. Tələsik ortaya atılmış “dezo” xəbərlərlə yüklənib önyarğılı olmayaq. Əmin olun, bizə çatan informasiya axınları kənardan idarə olunur və məqsəd də elə budur. Siyasi texnoloqlar böhran vəziyyətlərində cəmiyyətlərdə daxili ziddiyyətləri qızışdıracaq ocaqları tapır və onları alovlandırma mexanizmlərini hazırlayırlar.

Müvafiq qurumlarımız bu hallar üçün hazırlıqlı olmalı, böhranın yaratdığı boşluqları dərhal doldurmalı və informasiya axınlarını özləri idarə etməlidir. Əks halda bunu başqaları edəcək”.

KONKRET.az

  • Sələfi elnur
    Noyabr 10, 2022 - 20:29

    bəsdi her şeye iranı soxduz fakt Elmar veliyev Gencelilərin qanın içirdi get soruşun sadə camahatdan.Rəşad dad doğru edib vurub bu bariqa belkede minlerle insan ölümünə sebeb olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*