Dövlət qulluğu üzrə imtahanlar keçirildi – YENİLƏNİBbackend

Dövlət qulluğu üzrə imtahanlar keçirildi - YENİLƏNİB

İyunun 19-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

DİM-dən KONKRET.az-a bildirilib ki, AC və BA vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kompüter vasitəsilə keçirilib.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bu imtahanda 61 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 1 nəfər, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 16 nəfər, BA4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 45 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası iyunun 20-22-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

Kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri isə yaxın 2 gün ərzində elan olunacaq.

14:49

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib.

KONKRET.az xəbər verir ki, imtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 87 nəzarətçi-müəllim, 11 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

***

09:15

İyunun 19-da Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, inzibati rəhbər vəzifələrə aid AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilir.

DİM-dən KONKRET.az-a bildirilib ki, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.

Dövlət qulluğuna qəbul imtahanı vermək üçün BA qrupu üzrə 582, BB qrupu üzrə 1544 olmaqla, ümumilikdə 2126 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanında iştirak etmək üçün AC qrupu üzrə 6, BA qrupu üzrə 56, BB qrupu üzrə 156 olmaqla, ümumilikdə 218 namizəd qeydiyyatdan keçib.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) 1021 namizədin iştirakı nəzərdə tutulub. Onlardan 795-i Azərbaycan, 226-sı rus bölməsi üzrə imtahan verir. Ərizə verənlərin 447 nəfəri oğlan, 574 nəfəri isə qızdır. 558 nəfər cari ilin, 463 nəfər əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə vətəndaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*