DİN Fuad Muradovun saxlanılması xəbəri ilə bağlı AÇIQLAMA verdibackend

DİN Fuad Muradovun saxlanılması xəbəri ilə bağlı AÇIQLAMA verdi

Daxili İşlər Nazirliyi özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradovun saxlanılması xəbərinə münasibət bildirib.

KONKRET.az bildirir ki, DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Fuad Muradov polisə dəvət olunub.

Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Aslan İsmayılov özünün feysbuk hesabında Fuad Muradovla bağlı paylaşım edib. O bildirib ki, uzun müddətdir sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edən F.Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyabr tarixində DİN-ə ərizə ilə müraciət edib. İsmayılovun sözlərinə görə, o, bu gün ərizə ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib və sübutları təqdim edib.

“Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir”, – deyə o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*