DİQQƏT: Bakının bir hissəsində qaz olmayacaqbackend

DİQQƏT: Bakının bir hissəsində qaz olmayacaq

23.08.2022-ci il tarixdə Nizami rayonu ərazisində SOCAR “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.

KONKRET.az xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək  Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Görülən işlər Nizami rayonu üzrə 10000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.

Müvəqqəti narahatlığa görə üzr istəyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*