ABŞ-də Sidni Parkhörst adlı qadın bioloji valideynlərini tapmaq qərarına gəlib. Bunun üçün o əvvəl, qeyri-adi görünüşünün sirrini öyrənməyə çalışıb.
KONKRET.az xəbər verir ki, araşdırmadan sonra qadının afro-amerikalı olduğu ortaya çıxıb.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı Sidni Parkhörst körpə yaşlarında övladlığa götürülüb.
Anasının uşaq böyütmək imkanı olmayıb. Parkhörstün qıvrım tünd saçları və böyük burnu var. O, böyüdüyü Rod-Aylend ştatında özünü kənar adam kimi hiss etdiyini bildirib.
“Mənim üçün çox çətin idi, çünki yanımda mənə bənzəyən heç kim yox idi”- deyə, qadın deyib.
Parkhörst 2018-ci ildə DNT testi verib və onu internetdə paylaşıb. İki il sonra o, ana tərəfindən ögey bacısını tapıb.
Ancaq bacısı anasının artıq öldüyü deyib. Atası haqqda isə heç bir məlumat ala bilməyib.
Qeyd edək ki, Parkhörst başqa bir DNT testi də etdirib və əmisi oğlunu tapıb. Adamın afro-amerikalı olduğu ortaya çıxıb.