Aİ və Aİİ normaları arasındakı ziddiyyətlər Ermənistana zərər verəcək – Peskovbackend

Aİ və Aİİ normaları arasındakı ziddiyyətlər Ermənistana zərər verəcək – Peskov

Aİ və Avrasiya İqtisadi İttifaqının (Aİİ) normaları bir-birinə uyğun gəlmir. Bu ziddiyyətlər ilk növbədə Ermənistanın özünə zərər verəcək. Buna görə də İrəvan seçim etməlidir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Ermənistanın Aİ-yə üzvlük üçün müraciət etməsini şərh edən Peskov bildirib:

“Ərizə təqdim edildikdən sonra Ermənistan müxtəlif sahələrdə – ticarət, sanitariya, gömrük və digər istiqamətlərdə – qanunvericiliyini Avropa İttifaqının normalarına uyğunlaşdırmaq prosesinə başlamalı olacaq. Bu normalar bizim ölkələrdə və Aİİ məkanında qəbul edilmiş normalarla üst-üstə düşmür”.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan gələcəkdə Avropa İttifaqına üzv olmaq üçün müraciət prosesinə başlayacaq.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*