Dünya buğda bazarı görünməmiş böhranla üz-üzədirbackend

Dünya buğda bazarı görünməmiş böhranla üz-üzədir

“The New York Times” yazır ki, ekstremal quraqlıq, iqlim anomaliyaları və əsas ticarət marşrutlarında baş verən silahlı münaqişələr dünya buğda bazarında ciddi böhran yaradıb.

KONKRET.az nəşrə istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında Qara dənizdə gedən döyüşlər, eləcə də husilərin Qırmızı dənizdə həyata keçirdiyi hücumlar kənd təsərrüfatı məhsullarının ticarətini ciddi şəkildə çətinləşdirib.

Vəziyyəti əsas taxıl ixracatçısı olan ölkələrdə müşahidə edilən quraqlıq və anomal isti hava daha da ağırlaşdırır. Nəticədə taxıl istehsalı və ixracı ilə bağlı risklər artır.

Bundan əlavə, “El-Ninyo” təbiət hadisəsi mühüm nəqliyyat marşrutlarında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub. Panama kanalı, Reyn və Dunay çaylarında yaranan su qıtlığı yükdaşımaları çətinləşdirir və logistika xərclərinin artmasına gətirib çıxarır.

Beləliklə, iqlim dəyişiklikləri ilə geosiyasi gərginliklərin üst-üstə düşməsi dünya ərzaq bazarında yeni risklər yaradır. Bu vəziyyət xüsusilə buğdanın qiymətinə, daşınma xərclərinə və ərzaq təhlükəsizliyinə təsir göstərə bilər.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*