“Həkim olmaq istəyən kredit götürsün” – Deputatın sözləri qalmaqal yaratdıbackend

"Həkim olmaq istəyən kredit götürsün" – Deputatın sözləri qalmaqal yaratdı

Millət vəkili Rəşad Mahmudov deyib ki, təhsil haqqının yüksək olması heç də imkansız ailələrin övladlarının həkim kimi yetişməsinə maneə yaratmır. Çünki onlar kredit götürərək bu ödənişləri edə və övkadlarını oxuda bilərlər. Bu fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Azərbaycanda təhsil haqqları olduqca yüksəkdir:

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

“Hesab edirəm ki, millət vəkilləri xalqın yanında olmalıdır. Çünki xalq bu dövlətin və hakimiyyətin mənbəyini təşkil edir. Hansısa mənasız açıqlama ilə çıxış etmək isə xalqı narazı salır. Bu da dövlətin ziyanınadır. Ona görə də, deputat kiminsə xoşuna gəlmək üçün çıxış etməməlidir. Təhsil haqqı isə maksimum aşağı salınmalıdır. Dövlət hesabına oxuyanların faiz əmsalı yüksəldilməlidir. Bununla bağlı deputatlar tərəfindən parlamentə qanun layihələri təqdim edilməlidir. Tibb Universiteti təşəbbüs göstərərək təhsil haqqını aşağı salıb. Amma bu endirim cəmi 500-1000 manat təşkil edir. Bu da insanların cibinə və qazancına uyğun gəlmir. Bu məsələyə diqqətlə yanaşılmalıdır”.

Ekspertin sözlərinə görə, ildə 5-6 min ödəniş edən tələbənin oxumaq həvəsi olmur. Bu halda isə Tibb Universiteti savadsızların məskəninə çevrilir:

“Sabah bu adamlar cəmiyyətə ziyan vurur. Normal mütəxəssislər yetişmir. Ona görə də, ilk növbədə dövlət sifarişi ilə oxuyanların sayı artırılmalıdır. Digər tərəfdən isə, ödənişlər aşağı salınmalı və hər kəs üçün əlçatan olmalıdır. Deputatlar bu haqda düşünməlidirlər, – deyə ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*