Avropada vəziyyət kəskinləşir – Bir sıra ölkələr yardım ala bilməyəcəkbackend

Avropada vəziyyət kəskinləşir - Bir sıra ölkələr yardım ala bilməyəcək

Avropa Komissiyası meşə yanğınlarından zərər çəkən ölkələrə turizm sahəsində operativ dəstək göstərə bilməyəcək.

KONKRET.az xəbər verir ki, Avropa Parlamentinin deputatı Karlo Fidança bildirib ki, zərərçəkmiş ölkələrin Avropa Komissiyasının onlara yardım edəcəyinə ümid bəsləməsinin “sadəlövhlük” olduğunu deyib.

Deputat Avropa İttifaqının yardım fondları ilə bağlı siyasətini “etibarsız” adlandırıb. Onun sözlərinə görə, COVID-19 pandemiyasından sonra turizm sektorunun üzləşdiyi geriləmənin aradan qaldırılması üçün Avropa

Komissiyası tərəfindən vəd edilən vəsaitlər hələ də tam şəkildə ayrılmayıb.

Fidanца vurğulayıb ki, bu vəziyyət hazırda meşə yanğınlarından ciddi zərər görən Avropa ölkələrinin turizm sənayesinə dəstək gözləntilərini artırsa da, Aİ-nin maliyyə mexanizmlərinin operativliyi ilə bağlı ciddi suallar doğurur.

Miqyaslı meşə yanğınları turizm sektoruna yalnız turist axınının azalması ilə deyil, otellərə, nəqliyyat infrastrukturuna və digər xidmət sahələrinə dəyən zərərlə də təsir göstərir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*