Doğum sürətlə azalır, ölüm artır: Azərbaycan DEMOQRAFİK BÖHRANLA üz-üzəbackend

Doğum sürətlə azalır, ölüm artır: Azərbaycan DEMOQRAFİK BÖHRANLA üz-üzə

“Doğumlar 10,6% azalarkən, ölümlər 4,2% artıb. Əhalinin təbii artımı cəmi bir ildə 37,3% azalıb.”

Eldəniz Əmirov

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, Azərbaycanda son dövrlər müşahidə olunan demoqrafik dinamika heç də ürəkaçan deyil və cari ilin ilk 6 ayının rəsmi statistikası gələcək illərin sosial-iqtisadi mənzərəsini formalaşdıran ciddi siqnallarla yadda qalıb: “2026-cı ilin ilk 6 ayında ölkədə 40 798 uşaq doğulub ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 4 818 nəfər və ya 10,6 faiz azdır, nəticədə hər 1000 nəfərə düşən doğum sayı 9,0-dan 8,0-a enib.”

Ekspert qeyd edib ki, vəziyyəti ağırlaşdıran digər mühüm amil isə ölüm hallarının artmasıdır: “Eyni dövrdə ölkədə 30 625 nəfər vəfat edib, halbuki ötən ilin ilk yarısında 29 400 ölüm qeydə alınmışdı, yəni doğumlar azalarkən ölümlər 4,2 faiz artıb və hər 1000 nəfərə düşən ölüm göstəricisi 5,8-dən 6,0-a yüksəlib.” O, təbii artım göstəricisindəki kəskin enməyə diqqət çəkərək bildirib ki, 2025-ci ilin ilk yarısında doğulanlarla ölənlər arasındakı fərq 16 216 nəfər idisə, 2026-cı ildə bu rəqəm 10 173 nəfərə düşüb və əhalinin təbii artımı cəmi bir ildə 37,3 faiz azalıb: “Demoqrafik proseslər qısa müddətdə yaranmır və qısa müddətdə də dəyişmir, ona görə də doğumların azalması davamlı xarakter alarsa, bu tendensiya uzunmüddətli perspektivdə əhalinin yaş strukturuna, əmək bazarına, pensiya sisteminə və bütövlükdə iqtisadi artım potensialımıza mənfi təsir göstərəcək.”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*