“Doktor Qiyamət”: “Maaşlar azalacaq, bəzi iş yerləri yarımştat olacaq…”backend

"Doktor Qiyamət": "Maaşlar azalacaq, bəzi iş yerləri yarımştat olacaq..."

“Doktor Qiyamət”: “Maaşlar azalacaq, bəzi iş yerləri yarımştat olacaq…”

KONKRET.az xəbər verir ki, 2008-ci il iqtisadi böhranını öncədən proqnozlaşdıran və “Doktor Qiyamət” ləqəbi ilə tanınan məşhur iqtisadçı Nauriel Rubin koronavirusun iqtisadi təsirləri ilə bağlı düşüncələrini açıqlayıb.

O, koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın azı 10 il davam edəcəyini bildirib.

“Bənzəri görülməmiş bir iqtisadi durğunluğa girdik. Qlobal iqtisadiyyat toparlansa belə böyümə çox aşağı səviyyələrdə olacaq. 2008-ci il böhranında istehsalın sürətlə azalması 3 illik prosesdən sonra oldu. Bu dəfə həmin nöqtəyə isə 3 ilə, 3 aya deyil cəmi 3 həftəyə çatdıq. İqtisadiyyatın demək olar ki, hər sahəsində azalma yaşandı. Azı 10 il davam edəcək qlobal depressiya ilə qarşı-qarşıyayıq”.

Rubin iqtisadi düzəlişin isə ya “U” ya da daha pis bir senari hesab edilən “L” şəklində olacağını deyib. Qeyd edək ki, “U” şəklində bərpa iqtisadi aktivlərin sürətlə azalmasından sonra yenidən yüksəlişə keçmədən öncə uzun müddət aşağı səviyyədə qalmasıdır. “L” variantında isə 0 böyümə və ya kiçilmə müddəti daha da uzanır.

“İtirilmiş iş yerləri qismən bərpa olunacaq. Maaşlar azalacaq, sosial təminatlar azalacaq, işlərin bir qismi part-time olacaq. İşini əlində saxlaya bilənlər üçünsə iş təminatı daha da azalacaq”.

Rubin obyektlərin açılmasının da yeganə həll yolu olmadığını ifadə edib:

“Bu mağazaları aça bilərsiniz, amma əsas sual iqtisadi həyata geri dönüb dönməyəcəkləridir. Çindəki ticarət mərkəzlərinin böyük bir qismi hələ də boşdur. Ticari uçuşlar yarıbayarı azdır. Almaniyada mağazalar açıldı, amma kim gedib alış-veriş edir?”

Ekspert çox zaman bədbin proqnozlar verdiyi üçün ona verilən “Doktor Qiyamət” ləqəbi əvəzinə isə özünə “Doktor Realist” ləqəbini yaraşdırdığını bildirib.

“2015-ci ildə hər kəsin Çin iqtisadiyyatının enişə doğru getdiyini söylədiyi bir vaxtda mən enişli-çıxışlı bir mənzərə gözlənildiyini demişdim. O dövrdə ” Wall Street”dən belə daha optimist idim. Mənim vaxtı gündə sadəcə iki dəfə düzgün göstərən xarab bir saat olduğumu deyənlər, söylədiklərimi yaxından izləməyənlərdir”.

Oxu24.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*