Donald Trampın Qrenlandiya sevdası NATO üçün təhlükədirbackend

Donald Trampın Qrenlandiya sevdası NATO üçün təhlükədir

Donald Tramp Danimarkada etirazları nəzərə almadan Qrenlandiyanı ələ keçirsə, bu, NATO üçün təhlükə yarada bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb. Məlumatda deyilir: “Əgər Tramp Qrenlandiyanı ələ keçirsə, bu, NATO-nun sonu olacaq, çünki onun aparıcı qüvvəsi digər üzvün ərazi bütövlüyünü pozduğu halda heç bir alyans mövcud ola bilməz”. Üstəlik, belə bir nümunə Çini Tayvana qarşı hərəkətə keçməyə ruhlandıra bilər. Nəşr qeyd edir ki, tarixdə yalnız nasist Almaniyası Danimarkanın suverenliyini pozub və bu, ABŞ-nin assosiasiya olunmaq istəmədiyi nümunə deyil.

Donald Tramp Danimarkanın nəzarəti altında olan Qrenlandiyanın alınması mövzusunu yenidən gündəmə gətirib. O, bu fikri ilk dəfə 2019-cu ildə dilə gətirib. Tramp bu yaxınlarda bildirib ki, Qrenlandiyaya nəzarət ABŞ-nin milli təhlükəsizliyi üçün vacibdir. Buna cavab olaraq Qrenlandiyanın baş naziri Mute Egede adanın satılmadığını qeyd edib. Bundan əvvəl Tramp Milad təbrikində Kanadanın ABŞ-a daxil olmasının üstünlüklərini qeyd etmişdi. O, hazırda ölkədə vergilərin həddən artıq yüksək olduğunu vurğulayıb və Kanadanın ABŞ-ın 51-ci ştatı olacağı təqdirdə vergiləri 60% azaldacağını vəd edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*