Dörd istiqamətdə ağır döyüşlər gedirbackend

Dörd istiqamətdə ağır döyüşlər gedir 

Liman, Baxmut, Avdeyev və Marinsk istiqamətlərində şiddətli döyüşlər davam edir. Gün ərzində 17 toqquşma baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən sutka ərzində qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 40-dan artıq hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 60 atəş zərbəsi endirib.

Mülki əhali, o cümlədən uşaqlar arasında ölən və yaralananlar var, mühüm infrastruktur obyektləri zədələnib, 20-dən çox yaşayış binası, məktəb və digər mülki infrastruktur dağıdılıb və zədələnib. Düşmən əsas səylərini Liman, Baxmut, Avdeyev və Marinsk istiqamətlərində cəmləşdirməkdə davam edir, ağır döyüşlər davam edir”,- məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*