Türkiyə S-400-ləri satır: danışıqlar başladıbackend

Türkiyə S-400-ləri satır: danışıqlar başladı

Türkiyə Rusiyanın S-400 sistemlərinin satışı üçün digər ölkələrlə danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər deyib.

“ABŞ ilə hərbi və siyasi sahələrdə müsbət dinamika ilə davam edən proses çərçivəsində keçmişdən qalan və üçüncü ölkələri də maraqlandıran məsələlərin qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində həlli yolları axtarılır. Milli müdafiə planlarımız isə hər zaman olduğu kimi, mövcud və gələcək təhdid təhlilləri nəzərə alınmaqla həssaslıqla və peşəkar şəkildə hazırlanır”, – nazir bildirib.

Qeyd edək ki, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasından sonra yaranmış çətinliklər Türkiyənin F-35 proqramından çıxarılmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*