Dövlət başçısı: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”backend

Dövlət başçısı: "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır"

“Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər”.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib.

“Tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”, – dövlət başçısı bildirib.

  • Zamina Elturan
    Fevral 8, 2023 - 16:41

    TANRI TÜRKÜ QORUSUN! AMİN.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*