Dövlət Komissiyasından Azərbaycana keçən iki erməni ilə bağlı AÇIQLAMAbackend

Dövlət Komissiyasından Azərbaycana keçən iki erməni ilə bağlı AÇIQLAMA

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumatda 18 sentyabr 2021-ci il tarixdə yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları, mülki şəxslər – 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarıldığı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*