Dövlət Komitəsi Tərtərdə ananın uşağına işgəncə verməsini nəzarətə götürdübackend

Dövlət Komitəsi Tərtərdə ananın uşağına işgəncə verməsini nəzarətə götürdü

“Bir neçə xəbər saytlarında Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı tərəfindən oğlu, 2011-ci il təvəllüdlü T.Dünyamalızadənin nadinclik etdiyi üçün cəzalandırdırğı və hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıldığı haqqında məlumat yayılıb”.

KONKRET.az xəbər verir ki, bu barədə baş verən hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

“Hadisə ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tərtər Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə əlaqə saxlayıb. Eyni zamanda Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial psixoloqu, sosial işçisi, Tərtər RİH-nin nümayəndəsi, Qaraqoyunlu kənd ərazi nümayəndəsi ilə birgə ailəyə baş çəkilib, hazırkı vəziyyət üzrə qiymətləndirmələr aparılıb. Məlumat üçün bildiririk ki, ailə münaqişəlidir, Dünyamalıyeva Könül (ana) və Dünyamalıyev Rafiq (ata) ayrı yaşayırlar.

Səfər zamanı məlum oldu ki, Dünyamalıayev Könül Laçın rayon sakini Dünyamalıyev Rafiq ilə ailəli olub. Ailə münaqişəsi zəmnində himayədarlar arasında yaranan problemlər nəticəsində qadın digər az yaşlı övladı ilə anasının himayəsinə sığınıb. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham edir. Eyni zamanda nümayəndə heyəti Rafiq Dünyamalıyevin evində səfərdə olub. Hazırda övladının bədənində heç bir işgəncə yeri yoxdur. Uşaq köhnədən olan ləkə izlərinin anası tərəfindən edildiyini söyləyir.

Hal-hazırda müvafiq qurumlar tərəfindən faktla bağlı cinayət işi başlanılıb və araşdırma davam edir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hadisəni nəzarətdə saxlayır və adiyyəti üzrə işlər aparılır”, – Komitədən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*