backend

Dövlət Proqramına dəyişiklik edildi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, dəyişikliklə Dövlət Proqramından Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-smaq-təlim mexanizminin qurulması, Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması sözləri çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*