Dövlət qurumunun 21 əməkdaşı işdən çıxarılıb – RƏSMİbackend

Dövlət qurumunun 21 əməkdaşı işdən çıxarılıb - RƏSMİ

Bu il 21 meşə gözətçisi və digər meşə mühafizəsi işçiləri – direktor, meşəbəyi, meşəbəyi köməkçisi vəzifə funksiyalarını yerinə yetirə bilmədiyi üçün işdən kənarlaşdırılıb.

KONKRET.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, 221 iş hüquq-mühafizə orqanlarına göndərilib.

N.Xıdırov əlavə edib ki, meşə fondu ərazilərinin özəlləşdirilməsinə yol verilmir. Bu ərazilər dövlətin mülkiyyəti hesab edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*