Dövlət Xidməti vergi ödəyicilərinə XƏBƏRDARLIQ ETDİbackend

Dövlət Xidməti vergi ödəyicilərinə XƏBƏRDARLIQ ETDİ

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə məxfi məlumatları üçüncü tərəfə verməməyi tövsiyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə etdiyi müraciətdə qeyd edilir.

“Adınızdan Sizdən xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən su-istifadə hallarının yol verilməməsi məqsədilə “Asan İmza” sim kartınızın və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir.

“Asan İmza” (Mobil İmza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. “Asan İmza” bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir”, – müraciətdə deyilir.

9 mart 2004-cü il tarxili 602-IIQ nömrəli “Elektron imza və elektron sənəd haqqında” Qanunun 2-ci madddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*