Azov dənizinin Taqanroq körfəzində Palau bayrağı altında üzən yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edilib.
KONKRET.az xəbər verir ki, hücum zamanı həyatını itirənlər arasında gəminin kapitanı, Xaçmaz rayon sakini Fuad Orucov da var.
Gecə saatlarında meydana gələn hücum zamanı gəmidə güclü partlayış baş verib və ciddi dağıntılar yaranıb.
Hadisə nəticəsində bir neçə ekipaj üzvünün öldüyü, yaralananların olduğu bilinir. hazırda aidiyyəti qurumlar üzrə araşdırma aparırı.
Fuad Orucovun uzun illər dənizçilik sahəsində çalışdığı bildirilir. Onun ölümü yaxınlarını sarsıdıb.
Fuad Orucovun fotolarını təqdim edirik.\\nocomment.az






