Xəbər veriyimiz kimi, ötən gün Biləsuvar rayonunda baş vermiş ağır qəzada ikisi hərbçi olmaqla 5 nəfər həlak olub.
KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, vəfat edən hərbçilər – Cəlilabad rayonundan olan 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu Vətən müharibəsi iştirakçıları olub.
Qeyd edək ki, toy karvanında yer alan “VAZ” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində toya gedən 5 nəfər ölüb. Onlardan biri dünən toyu planlaşdırılan bəyin bacısı, digərləri isə yaxın qohumu olub.
Faciəvi şəkildə ölən hərbçilərin fotosunu təqdim edirik: