Uzun müddətdir futbolda gender bərabərliyinin pozulması, qadın və kişi futbolçuların qazancı arasındakı kəskin fərq müzakirə olunur.
Konkret.az Offsideplus.az -a istinadən xəbər verir ki, bu baxımdan ilk addım Finlandiya Futbol Federasiyasından gəlib. Federasiya qadın futbol yığması üzvlərinin kişilər qədər maaş alacağını açıqlayıb. Heç-heçə və qələbəyə görə olan mükafatlar da eyni olacaq.
Uzun müddətdir qadın futbolçular kişi həmkarları ilə eyni maaşı almaq uğrunda mübarizə aparırdılar. İndi onların xəyalı gerçək oldu.
