Dünya siyasəti yeni mərhələdə - Tramp Həsən Ruhani ilə görüşəcək
388
Konkret.az dünya mediasına istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Trampla İran prezidenti Həsən Ruhani arasında görüş ola bilər. Buna səbəb Səudiyyə Ərəbistanında pilotsuz təyyarələrin neft zavodlarını hədəfə alması ilə bağlı olub. Trampın müşaviri Keliani Konvay bildirib ki, Tramp BMT Baş Assambleyasında Ruhani ilə görüşünə yenidən baxmağa hazır olduğunu deyib. Sadəcə Tramp ümumi vəziyyətin, iclasın keçiriləcəyi və ya yekun razılaşma üçün şərtlərin ağlabatan olacağı təqdirdə bu görüşə tam razılıq verəcək.