Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki…backend

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki...

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı “proqnozlaşdıran” paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digər gəmiricilər vasitəsilə yayılan virus haqqında müxtəlif şayiələr və sui-qəsd nəzəriyyələri sürətlə yayılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail nəşri yazıb.

Müzakirələrin yenidən alovlanmasına səbəb “MV Hondius” adlı lüks kruiz gəmisində baş verən hadisələr olub. Sosial şəbəkə istifadəçiləri gəmidəki vəziyyəti COVID-19 pandemiyasının ilk günləri ilə müqayisə edir, virusun mənşəyi barədə müxtəlif iddialar irəli sürürlər.

Məlumata görə, hantavirusun əksər növləri insandan insana keçmir. Lakin alimlər daha əvvəl Andes hantavirusu ilə bağlı yaxın təmas zamanı nadir yoluxma hallarını qeydə alıblar.

İlkin məlumatlara əsasən, “Hondius” gəmisindən təxliyə olunan sərnişinlərdə məhz bu virus növü aşkarlanıb.
Virusun Tenerifedən Fransa və ABŞ istiqamətində uçan təyyarənin sərnişinlərində də müəyyən edildiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək yeddi yoluxma faktını təsdiqləyib. Onlardan üçü ölüm ilə nəticələnib.

Son günlərdə sosial şəbəkələrin diqqətini xüsusilə 2022-ci ilin iyununda X platformasında paylaşılmış köhnə bir post cəlb edib.
“2023: koronavirus bitdi. 2026: hantavirus”, – deyə özünü “gələcəyi oxuya bildiyini” iddia edən “Provayder” adlı istifadəçi həmin paylaşımda yazmışdı.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*