Yer Kürəsində koronavirusa yoluxanların sayı 90 milyonu ötüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.
Dünyada COVİD-19 virusundan ölənlərin ümumi sayı isə artıq 1 milyon 940 mindən çoxdur.
Qeyd edək ki, indiyədək planetdə 64 milyon 687 mindən çox insan koronavirusdan sağalıb.
